SON XƏBƏRLƏR

Təbrizdə 700 illik tarixi abidə acınacaqlı durumdadır-VİDEO

2022.06.01, 09:57
Təbrizdə 700 illik tarixi abidə acınacaqlı durumdadır-VİDEO

Gunaz.tv

Bu barədə güneyli sosial media fəalları paylaşımlar ediblər. 

Onlar Ağqoyunlular dövrünə aid olan abidənin məsulların diqqətsizliyi ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qaldığını yazıblar.

Fəalların bildirdiyinə görə, tarixi abidələr barədə qanunun ziddinə olaraq 700 illik abidənin yaxınlığında tikilməkdə olan çoxqatlı bina onun görüntüsünü pozmaqla yanaşı daha çox zədələnməsinə səbəb olur.

Bundan öncə 2017-ci ildə tarixi abidənin sütun başlarının tullantılar arasında buraxılması yerli əhali və mədəni fəalların etirazları ilə qarşılaşmışdı.

Narazılıqların genişlənməsi və mediada yayılmasından sonra Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin o vaxtkı başçısı Mürtəza Abdar abidənin təmir ediləcəyi barədə söz verdi.

Hadisənin üstündən bir müddət keçdikdən və ara sakitləşdikdən sonra verilən vədlərin heç biri yerinə yetirilmədi və tarixi abidə talein umuduna buraxıldı.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar