SON XƏBƏRLƏR

"Məgər Tehranın qərarı vəhydir?"-Şəhər Şurasının üzvündən etiraz

2022.01.03, 10:46
"Məgər Tehranın qərarı vəhydir?"-Şəhər Şurasının üzvündən etiraz

Gunaz.tv

Təbrizin istilik elektrik stansiyasına qaz verilişinin kəsilməsi və mazutdan istifadə onsuz da çox sayda insanın yoluxduğu ağ ciyər xərçənginin daha da yayılması təhlükəsini artırıb.

“Səsimizi məsulların qulağına çatdırmalıyıq, əks təqdirdə durum daha da təhlükəli miqyas ala bilər. Məhkəmə sistemi məsullarının iştirakı ilə məsələ ilə əlaqədar təcili toplantı keçirməli və nəticələri əhalinin diqqətinə çatdırmalııyıq”-deyə, Becani təhlükənin ciddiliyi barədə xəbərdarlıq edib.

O, bununla yanaşı Təbriz bələdiyyəsinə müraciət edib, şəhərin köhnəlmiş ictimai nəqliyyat parkı və istifadəyə yararsız avtomobillər barədə tədbir görülməsini istəyib.

“Deyirlər ki, bu barədə qərar ancaq Tehranda verilə bilər. Bu, yanlışdır. Məgər Tehranın qərarı vəhydir? Bunun qarşısında dayanmalıyıq”-deyə, Şəhər Şurasının üzvü yerli məsulları tənqid edib.

Qeyd edək ki, dekabrın 29-də Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizə İdarəsinin verdiyi məlumatda Təbrizdə hava çirkliliyinin təhlükəli həddə oldğu bildirilib. Qeyd olunub ki, ekoloji çirkliliyin 156-dan yuxarı olması bütün yaş qrupları üçün təhlükəlidir.

Şəhərin hava çirkliliyinin əsas amili istilik elektrik stansiyasında mazutdan istifadə edilməsi ilə yanaşı sənaye şəhərciklərində filtrizasiya sistemlərinin quraşdırılmaması və istifadəyə yararsız nəqliyyat vasitələrinin çoxluğudur. 

Qeyd edək ki, Təbrizdə istilik elektrik stansiyasının havanın çirklənməsində əsas rol oynayır.

Bununla bağlı bir sıra yerli məsulların, millət vəkillərinin dəfələrlə məsələ qaldırmasına baxmayaraq, qısa müddətli fasilədən sonra stansiyaya qaz verilişi dayandırılıb və yenidən mazutdan istifadəyə başlanılıb.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar