SON XƏBƏRLƏR

Təbrizdə Tacikistan mədəniyyət həftəsi keçiriləcək

2022.09.11, 11:15
Təbrizdə Tacikistan mədəniyyət həftəsi keçiriləcək

Gunaz.tv

O, tədbirin Azərbaycanda keçirilməsini Kəmaləddin Xocəndinin məqbərəsinin Təbrizdə olması ilə əlaqələndirib və bunu Tacikistanla Şərqi Azərbaycan əhalisinin mənəvi bağlarında önəmli rol oynadığını iddia edib.

"İran və Tacikistan xalqları arasında mədəni və tarixi ortaqlıqlardan əlavə, hər il Tacikistan xalqı Təbrizin "Kamal bağı"ndakı Kəmaləddin Xocəndinin məqbərəsini ziyarət etməyə gəlir"-deyə, Həmzəzadə bu il adıçəkilən bağda da mədəni mərasimlərin planlaşdırıldığını bildirib.

Qeyd edək ki, bundan öncə aprel ayının 20-də Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Baş İdarəsinin başçısı Azərbaycanda yaşayan ermənilərin kilsəsi ilə birgə Təbrizdə erməni muzeyinin yaradılması üçün ortaq plan üzərində işlədiklərini bildirib.

Əhməd Həmzəzadənin bu məlumatı mədəniyyət xadimləri və milli fəallar tərəfindən qınanılmış, Azərbaycan abidələrinin yenidənqurulması və saxlanılması üçün büdcə ayırmayan idarənin erməni muzeyi yaratmasına etiraz etmişdilər.

Onlar Mədəni İrs Baş İdarəsinin başçısına xatırladıblar ki, xüsusilə son bir neçə il ərzində Təbrizdə fəaliyyət göstərən kolleksiyaçılar, musiqi, foto, karikatura və s. sahələrdə fəaliyyət göstərən, şəxsi vəsaitləri hesabına muzey quran azərbaycanlılar hökumətin maneələri ucbatından fəaliyyətlərini dayandırıb.

Bu muzeylər Tehrana köçürülüb.

Qeyd edək ki, Güney Azərbaycan milli-mədəni fəalları tədbirin farsdilli əyalətlərdə deyil, Şərqi Azərbaycanda keçirilməsini Tehran hökumətinin azərbaycanlılara qarşı yeni fitnəsi kimi dəyərləndirirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar