SON XƏBƏRLƏR

Təbrizdə avtomobil zavodunun işçiləri yenidən tətil aksiyasına başlayıb-VİDEO

2021.11.25, 09:16
Təbrizdə avtomobil zavodunun işçiləri yenidən tətil aksiyasına başlayıb-VİDEO

Gunaz.tv

Tələbləri yerinə yetirilməyən “İranxodro” şirkətlər qrupuna daxil olan Təbriz avtomobil zavodunun işçiləri bu ay ikinci dəfə olaraq tətil aksiyasına əl atıblar.

Noyabrın 24-ü axşam saatlarından etibarən zavodun binası qarşısına toplaşan anarazılar "ləyaqətsiz müdiriyyət istəmirik" kimi şüarlar səsləndiriblər.

Etirazçı işçilər zavod rəhbərliyi və başqa ilgili qurumların onların istəklərinə önəm verməmələrindən narazılıqlarını bildirib və bundan sonra zavod ərazisində aksiyalarını gecə-gündüz davam etdirəcəklərini söyləyiblər.

Bundan öncə aksiyaya əl atan işçilər şirkətlər qrupuna daxil olan Tehran şöbəsində verilən əmək haqlarının daha yüksək olduğunu bildirib, maaşların artırılmasını tələb ediblər. 

Təbrizli işçilər bununla yanaşı iş təsnifatının olmamasına, iş şəraitinin ağır olamsına etiraz ediblər.

Aksiyada eyni zamanda gecikdirilmiş əmək haqlarının ödənilməsi tələb edilib.

İşçilər bundan başqa əmək müqavilələrinin 3 aydan bir yenilənməsini istəyib.

Onları narazı salan həmçinin iş yerlərində əmək təhlükəsizliyinin təmin olunmamasıdır.

Qeyd edək ki, cari günəş ilində “İranxodro” şirkətlər qrupuna məxsus avtomobil zavodunun Təbriz bölməsinin işçiləri qeyd olunan problemlərlə bağlı dəfələrlə etiraz aksiyası keçirib.

Şirkət rəhbərliyinin problemin həll olunmasında maraqlı olmadığını bildirən işçilər çıxış yolunu davamlı və uzun müddətli aksiyalarda gördüklərini bildiriblər.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar