SON XƏBƏRLƏR

Təbrizdə bahalığa etiraz: Şəhərdə afişalar yayılıb

2022.05.12, 05:07
Təbrizdə bahalığa etiraz: Şəhərdə afişalar yayılıb

Gunaz.tv

Şəhərin küçələrində afişalar yayılıb və fəallar iqtisadi durumun ağırlığı və hökumətin yetərsiz iqtisadi siyasətini tənqid ediblər.

Afişalarda fars düşüncə mərkəzli Tehran rejiminin siyasətləri nəticəsində Azərbaycan əyalətlərinin istismar olunduğu və əhalinin durumunun günü-gündən ağırlaşdığı bildirilib.

“Azərbaycan Hindistan kimi bütün İranla bir yerdə əsir qalmaqdansa İrlandiya kimi azad olmağı üstün tutur”-deyə, afişalarda Mir Cəfər Pişəvərinin 1945-ci ildə dediyi məşhur sözü yazılıb. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar