SON XƏBƏRLƏR

“Azərbaycana salam”- Təbrizdə afişalar yayıldı

2022.06.02, 06:56
“Azərbaycana salam”- Təbrizdə afişalar yayıldı

Gunaz.tv

Fəallar Təbrizin müxtəlif yerlərində Azərbaycan bayrağı rənglərində “Salam Azərbaycan” məzmunlu yazılı vərəqələr və afişalar yapışdıraraq Tehran hökumətinin təbliğatına cavab veriblər.

Qeyd edək ki, milli-mədəni fəallar bundan öncə bildiriş yayaraq mayın 31-dən Ərdəbil və Təbrizdə keçirilməsi nəzərdə tutulan tədbirlərə cavab olaraq “Salam Azərbaycan”, “Salam vətən” və “Azadlıq, ədalət, milli hökumət” şüarlarının səsləndirilməsi və yayılması tövsiyə etmişdilər.

Təbriz və Ərdəbildə şəhərlərində keçirilən hökumətin ideolojik təbliğat tədbiri olduqca sönük və az sayda şəxsin içtirakı ilə baş tutub.

İranda bahalıq və ərzaq qıtlığına qarşı başlayan etirazlarla eyni vaxtda İnqilab Keşikçiləri Korpusu, Təhsil və Mədəniyyət Nazirliklərinin dəstəyi ilə onlarla şəhərdə “salam komandan” adlı ideoloji təbliğat tədbirləri keçirilməyə başlanılıb.

“Mehdi”nin gəlişini, onun gəişi ilə bütün problemlərin həll olunacağını və şiyəliyin yayılacağını aşılayan təbliğatda əsasən azyaşlı uşaqlar və yeniyetmələrdən istifadə olunur. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar