SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyası keçirilib-VİDEO

2022.01.11, 10:05
Təbrizdə etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

Narazılar illərdir avtomobillərinin verilməməsinə etiraz ediblər.

Etirazçılar bununla 52-ci dəfədir ki, eyni tələblə İqtisadi Cinayətlərə Qarşı Mübarizə Kompleksinin qarşısına toplaşıblar.

Onlar  bildirib ki, 4 il bundan öncə minik avtomobili almaq üçün şirkətə ödəniş ediblər.

Lakin bu günə kimi nə avtomobil əldə edə, nə də ödədikləri pulu şirkətdən geri ala bilirlər.

Narazılar üzərində “Bizim günahımız nədir? Sənaye, Mədən və Ticarət Nazirliyinin lisenziyasına inanmaq? Daxili istehsala dəstək vermək?” məzmunli şüarlar yazılmış plakatlar qaldırıb.

Etirazçılar məhkəmə sisteminin onların şikayətinə əhəmiyyət vermədiyini deyib, məhkəmə sistemini qorxulu kabus adlandırıblar.

Qeyd edək ki, eyni gündə Tehran şəhərində də, adıçəkilən şirkətdən avtomobil almaq üçün ödəniş edən vətəndaşlar oxşar aksiya keçiriblər.
 

C.E
 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar