SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022.09.28, 07:38
Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

Gunaz.tv

Sentyabrın 27-i gecə saatlarında Təbrizdə keçirilən etiraz aksiyalarında hökumətə qarşı şüarlarla yanaşı milli şüarlar səsləndirilib.

"Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi" şüarları səsləndirən aksiya iştirakçıları xüsusi təryinatlı qüvvələrinin hücumuna məruz qalıb.

Xüsusilə Təbrizin Rüşdiyyə məhlləsində bir neçə yüz nəfərlik qruplar halında keçirilən nümayişlərdə hökumət qüvvələri ilə etirazçılar arasında toqquşma olub.

Sosial şəbəkə fəalları internetin kəsildiyini, hökumət məmurlarının video və foto çəkilməsinin qarşısını almaq üçün xüsusi səy göstərdiklərini yazıblar.

Onların verdiyi məlumata görə, Rüşdiyyə məhəlləsində xüsusi təyinatlı qüvvələr və SEPAH-a məxsus maşınların hərəkətinin qarşısını almaq üçün təbrizli sürücülər avtomobillərini yolun ortasında saxlayıb, sürəkli siqnal səsləri ilə hökumət məmurlarına etiraz ediblər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar