SON XƏBƏRLƏR

Təbrizdə həbs edilən fəallar məhkəməyə aparılıb

2022.07.17, 08:28
Təbrizdə həbs edilən fəallar məhkəməyə aparılıb

Gunaz.tv

Təbriz Prokurorluğunun 15-ci bölməsi "qanunsuz aksiyada iştirak etmək ittihamı"ı ilə fəallar barəsində müvəqqəti azadlıqdan məhrum etmə barədə qərar çıxarıb və onların məhkəməyə qədər azadlığı üçün girov qoyulmasına baxmayaraq, onlar sərbəst buraxılmayıblar.

Milli fəallar Həmid Purvəli, Yunis Quluzadə, Calal Dehqani, İslam İmani, Məhəmməd Mustafayi, İbrahim Azəroğlu və Həkimə Əhmədi Urmu gölünün bərpasına İran hökumətinin laqeyd münasibətinə görə  təyin edilən dinc aksiyaya qatıldıqları üçün təhlükəsizlik məmurları tərəfindən həbs ediliblər.

Adı çəkilən fəalların hamısını bundan öncə də dinc mdəni fəaliyyətlərinə görə saxlanılıblar.

İyulun 16-da Güney Azərbaycan şəhərlərində keçirilən aksiyalar zamanı kimlikləri müəyyənləşdirilən məhbusların sayı 18 nəfərdir.

Onlardan 7-i Təbrizdə, 6-ı Urmuda, 1- Sulduzda və 4-ü isə Qoşaçayda saxlanılıb.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar