SON XƏBƏRLƏR

Təbrizdə həbslər davam edir-Siyavuş Məliki saxlanılıb

2022.10.14, 07:20
Təbrizdə həbslər davam edir-Siyavuş Məliki saxlanılıb

Gunaz.tv

Siyavuş Məliki təhlükəsizlik məmurlarının atasının evinə basqını zamanı saxlanılaraq naməlum yerə aparılıb.

Saxlanıldığı zaman onun ağır şəkildə döyüldüyü, ağır bədən xəsarətləri aldığı və qandallanaraq aparıldığı bildirilib.

30 yaşlı Siyavuş Məlikinin ailəsinin onun harada saxlanıldığı və vəziyyəti barədə müraciətlərinə cavab verilməyib.

Qeyd edək ki, azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə, son 25 gün ərzində Təbrizdə 1700 nəfər həbs edilib.

Timur 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar