SON XƏBƏRLƏR

Təbrizdə aksiya: İşçilər etiraza başladı

2021.11.27, 13:23
Təbrizdə aksiya: İşçilər etiraza başladı

Gunaz.tv

Bu onların cari ayda əmək haqlarının ödənilməməsi, əmək haqlarının “İranxodro”nun Tehran bölməsinin işçilərinin maaşlarından aşağı olmasına etirazlarını bildirən sayca 3-cü aksiyalarıdır.

Qeyd edək ki. bundan öncə sonuncu dəfə olaraq noyabrın 24-ü axşam saatlarından etibarən zavodun binası qarşısına toplaşan anarazılar "ləyaqətsiz müdiriyyət istəmirik" kimi şüarlar səsləndirmişdilər.

Cari günəş ilində “İranxodro” şirkətlər qrupuna məxsus avtomobil zavodunun Təbriz bölməsinin işçiləri qeyd olunan problemlərlə bağlı dəfələrlə etiraz aksiyası keçirib.

Şirkət rəhbərliyinin problemin həll olunmasında maraqlı olmadığını bildirən işçilər çıxış yolunu davamlı və uzun müddətli aksiyalarda gördüklərini bildiriblər.

“İranxodro” şirkətlər qrupunun Təbriz bölməsinin icraçı dirrektoru Həmid Hacizad Mənsur bu gün işçilərlə görüşərək onların istəklərinin nəzərə alınacağını bildirib.

O, etirazçılara cari günəş ilinin sonuna, yəni mart ayına kimi əmək haqlarının ödəniləcəyini, irəli sürdükləri təkliflərin reallaşması üçün tədbirlər görüləcəyi barədə vəd verib.

Etirazçı işçilərin nümayəndələri bundan öncədə oxşar vədlərin verildiyini və heç birinin yerinə yetirilmədiyini qeyd edərək, verilən sözlərin həyata keçiriləcəyi ilə bağlı heç bir təzminatın olmadığını bildiriblər.

C.E  
 

حقوق شهریورماه کارگران ایران خودرو تبریز به زودی پرداخت می‌شود - خبرگزاری  مهر | اخبار ایران و جهان | Mehr News Agency

Həmid Hacizad Mənsur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar