SON XƏBƏRLƏR

Təbrizdə işçilər etiraz aksiyası keçirib

2021.11.09, 10:34
Təbrizdə işçilər etiraz aksiyası keçirib

Gunaz.tv

“Saipa avtomobilinin mühəndislik dizaynı və ehtiyat hissələrinin hazırlanması” şirkətinin işçiləri rəhbərliyin ofisi qarşısına toplaşıb.

Narazılar fabrikdə hakim olan qeyri-sağlam iş atmosferinə, əmək təhlükəsizliyinin qorunmamasına və digər nöqsanalra etiraz edib, tətilə başlayıblar. 

Aksiya ilə bağlı məlumat verən işçilər bildirib ki, hazırda fabrikin icraçı direktoru yoxdur.

Onlara bəlli olmayan səbəblər üzündən ehtiyat hissələrinin istehsalının dayandırıldığını bildirilib.

Etirazçı işçilər fabrikdə hakim olan duruma aydınlıq gətirilməsini və duruma aydınlıq gətirilməsini tələb ediblər.

Məsələyə münasibət bildirən Şirkətin İslami Əmək Şurası işçilərin etiraz tətil aksiyası keçirdiklərini təsdiqləyib.

“Etiraz edən işçilərin bir sıra tələbləri var və onların bu tələbləri araşdırıldıqdan sonra cavab veriləcək”-deyə, İslami Əmək Şurasının açıqlamasında qeyd olunub.

Qeyd edək ki. bundan 3 gün öncə Təbrizin “İranxodro” avtomobil zavodunun işçiləridə tətil aksiyasına əl atıblar.

Narazı işçilər şirkətlər qrupuna daxil olan Tehran şöbəsində verilən əmək haqlarının daha yüksək olduğunu bildirib,  maaşların artırılmasını tələb ediblər. 

Təbrizli işçilər bununla yanaşı iş təsnifatının olmamasına, ağır iş şəraitinə etiraz ediblər.

Aksiyada eyni zamanda gecikdirilmiş əmək haqlarının ödənilməsi tələb olunub.

İşçilər bundan başqa əmək müqavilələrinin 3 aydan bir yenilənməsini istəyib.

Onları narazı salan həmçinin iş yerlərində əmək təhlükəsizliyinin təmin olunmamasıdır.

C.E  
 

کارگران "سمتکو" تبریز معترض شدند+تصویر

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar