SON XƏBƏRLƏR

Təbrizdə iki fəal müvəqqəti sərbəst buraxılıb

2023.01.10, 09:40
Təbrizdə iki fəal müvəqqəti sərbəst buraxılıb

Gunaz.tv

Milli fəallar Nazənin (Zəhra) Muradxanlı və Ümid Gözəli yanvarın 9-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad ediliblər.

Nazənin Muradxanlı 29 noyabrda atası evində təhlükəsizlik məmurları tərəfindən həbs olunub.

Ümid Gözəli isə noyabrın 16-da saxlanılaraq təcridxanaya, dindirildikdən sonra isə Təbriz həbsxanasına köçürülüb.

Fəallara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar