SON XƏBƏRLƏR

Təbrizdə məhkəmə işçiləri etiraz aksiyası keçirib-VİDEO

2022.01.10, 10:37
Təbrizdə məhkəmə işçiləri etiraz aksiyası keçirib-VİDEO

Gunaz.tv

Qeyd edək ki, bu aksiya İran prezidenti İbrahim Rəisinin qarşıdakı günəş ili üçün büdcə layihəsinin təsdiq olunması mərasiminə qatılmaq üçün parlamentə getməsi ilə eyni vaxta təsadüf edib.

Narazılar əmək haqlarının azlığına etiraz edib, məişət problemlərinin həlli üçün hökumətin heç bir tədbir görmədiyini bildiriblər.

Məhkəmə işçiləri qarşıdakı büdcə layihəsində onların durumunun yaxşılaşdırılması ilə bağlı heç bir vəsaitin nəzərdə tutulmamasından narazılıqlarını ifadə ediblər.

Etirazçılar bildirib ki, hökumətin inqilab adından su-istifadə edərək inqilab dəyərlərinin kökünə balta vurur, məhkəmə sisteminin hörmətini sual altına salan siyasət həyata keçirir.

Onlar qeyd edib ki, məhkəmə işçiləri ailərini dolandırmaq imkanından belə məhrum olublar.

Qeyd edək ki, son günlər Təbrizlə yanaşı başqa şəhərlərdədə məhkəmə işçilərinin eyni istəklərlə oxşar aksiyaları keçirilib.

C.E 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar