SON XƏBƏRLƏR

Təbrizdə aksiya: Metro işçiləri tətilə başlayıb

2021.12.15, 08:16
Təbrizdə aksiya: Metro işçiləri tətilə başlayıb

Gunaz.tv

Onlar maaş və müavinətlərini ödənilməməsinə etiraz ediblər. 

Yerli mənbələrin yayınladığı məlumata görə, işçilər öncədən elan olunmadan günortadan sonra bir saatlığına işi dayandırıb və metro rəhbərliyinin onların irəli sürdüyü problemlərin həlli ilə bağlı qəti cavab verməsini tələb ediblər. 

Bir saatdan sonra yenidən işlərini bərpa edən işçilər qaldırdıqları məsələlərin həll olunmayacağı təqdirdə uzun müddətli tətil aksiyasına başlayacaqları barədə metro rəhbərliyi və yerli məsullara xəbərdarlıq ediblər. 

Təbriz metrosunun istismarçı şirkətinin müdiri Peyman Əlipur yerli mediaya verdiyi açıqlamada tətil aksiyasının baş verdiyini təsdiq edib və problemlərin həllinə dayir müzakirələr apardlıqlarını bildirib. 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar