Təbrizdə metro qazıntıları zamanı tarixi məzarlığa ciddi ziyan dəyib

2020-06-13 17:09

Güney Azərbaycanın Təbriz şəhərində “Gülüstan Bağı” tarixi ərazisində aparılan metro qazıntıları zamanı skeletlər ortaya çıxıb.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, “Gülüstan Bağı” ərazisində metro stansiyanın tikintisi üçün aparılan qeyri-standart qazıntılar zamanı tarixi “Məqbərətül-Ürəfa(ariflər məzarlığı)” və ya Gəcil qəbiristanlığında dəfn edilən bəzi sümüklər aşkar edilib.

 

 

Yerli xəbər saytlarının verdiyi məlumata əsasən, Təbriz Metropoliteni İdarəsi və Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı məsələyə laqeyd yanaşıb və qazıntılar dayandırılmayıb.

 

 

Aparılan qazıntı zamani tarixi məzarlığa dəyən ziyan haqqında dəqiq məlumat yoxdur. Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatının baş direktoru Əhməd Həmzəzadə məsələnin araşdırılacağını deməklə kifayətlənib.

 

 

Şərqi Azərbaycan Mədəni İrsini Sevənlər təşkilatının rəhbəri metro qazıntıları zamanı tarixi abidələrə ziyan dəyəcəyi barədə daha öncə dəfələrlə xəbərdarlıq edildiyini vurğulayıb.

 

 

Əhəd Nijad İbrahimi “Gülüstan Bağı”, “Miyarmiyar”, “Saat Qabağı” və Valilik binasının qarşısında tikilən meteostansiyaların Təbrizin tarixi strukturunda yerləşdiyinə baxmayaraq bu ərazidə layihə çərçivəsində qazıntı işləri aparıldığını deyib.

 

 

“Ərazidə qazıntılar aparılmadan əvvəl arxeoloji tədqiqatlar aparılmalı idi. Lakin, bildiyim qədəri ilə təəssüflə belə olmayıb. Bu barədə Əl İşləri, Turizm və Mədəni İrs idarəsi münasibət bildirməlidir,” deyə o əlavə edib.

 

Məqbərətül-Ürəfa məzarlığının Təbrizin üç tarixi məzarlığından biri olduğunu deyən Nijad İbrahimi qeyd edib ki, bu məzarlığın Abbasi xəlifəsi Harun ər-Rəşidin (763 - 809) türk qadını Zübeydə Xatun tərəfindən tikildiyi bildirilir. O həmçinin əlavə edib ki, bəzi tədqiqatçılar tanınmış arif Şəms Təbrizinin də Məqbərətül-Ürəfada dəfn edildiyini düşünürlər.

 

 

Nijad İbrahiminin sözlərinə görə, İstanbulda yaşayan təbrizli iş adamlarından biri Bakıdan olan bir memarın iştirakı ilə burada bir abidə ucaltmaq istəyib, lakin buna icazə verilməyib.

 

 

Təbrizdə üç tarixi qəbiristanlıq vardır. Məqbərətüş-Şüəra adlan birinci məzarlıqda 400 şairin məzarı yerləşir. İkinci məzarlıq Çərəndab məhəlləsində yerləşirdi. Məqbərətül-Füzəla adı daşıyan bu məzarlıqda əsasən dövlət xadimləri dəfn edilmişdi. Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar.

 

 

Ötən günlərdə Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin müavini Əlirza Quçi Təbrizin tarixi strukturundan 90 faizinin tamamilə məhv edildiyini bildirmişdi.

 

 

Qeyd edək ki, 1780-cı ildə baş verən zəlzələ nəticəsində Təbriz şəhərinin yeni binaları dağılmış köhnə Təbrizin üstündə tikilib. Tədqiqatçıların fikrincə, Təbrizdə hər hansı şəhər qazıntıları əsnasında köhnə Təbrizə aid tarixi binaların tapılması mümkündür. Son illərdə şəhərin müxtəlif məhəllələrində həyata keçirilən layihələr çərçivəsində aparılan qazıntılar əsnasında dəfələrlə qədim şəhərin hissələri aşkarlanıb, lakin məsulların laqeydliyi nəticəsində həmin memarlıq abidələri dağıdılıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanlı yazıçı fəal Vüqar Nemət ikinci dəfə həbs edilib- Qarabağın azadlığına dəstək nümayiş etdirdiyi üçün

2020-10-31

gun az article

Şərqi Azərbaycan əyalətinin Mədəniyyət İdarəsinin rəhbəri koronavirusdan ölüb

2020-10-31

gun az article

Firdovsinin irqçiliyini tənqid edən makulu media fəallarına qarşı 1 illik həbs hökmü təsdiqlənib

2020-10-31

gun az article

Təbrizdə İzmirdə baş vermiş zəlzələ qurbanlarının dərdinə şərik olmaq məqsədilə divarlara yazılar yazılıb- FOTO

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28