SON XƏBƏRLƏR

Təbrizdə milli fəal həbs edildi

2022.07.16, 14:53
Təbrizdə milli fəal həbs edildi

Gunaz.tv

İyulun 16-ı günorta saatlarından başlayaraq Təbrizin mərkəzi küçə və meydanlarında ağır təhlükəsizlik vəziyyəti yaradılıb.

Xüsusi təyinatlı qüvvələr, polis əməkdaşları, mülki geyimli təhlükəsizlik və SEPAH məmurları şəhər mərkəzinə toplanıb.

Yerli vaxtla saat 18 radələrində milli-mədəni fəal Həmid Purvəli Təbrizin Rasra küçə meydanında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Rasta küçədə yerləşdirilən hökumət qüvvələri başçılarından biri SEPAH-ın "Beytül Müqəddəs" bataliyonunun komandiri polkovnik Firuz Nikməneşin etirazçılara qarşı əməliyyatlara başçılıq etdiyi bildirilir.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar