SON XƏBƏRLƏR

Təbrizdə milli fəal Əziz Purvəlinin məzarı dağıdılıb

2022.03.22, 04:19
Təbrizdə milli fəal Əziz Purvəlinin məzarı dağıdılıb

Gunaz.tv

Bu barədə azərbaycanlı fəalın ailəsi açıqlama verib.

“Belə bir çirkin əməlin baş verməsi Azərbaycanın böyük xalqının istibdad və müstəmləkəçiliyə nifrətini daha da artıracaq”-deyə, onlar bildiriblər.

Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından olan Əziz Purvəli, dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib, basqılarla üzləşib.

O, 23 may 2019-cü ildə Təbrizdə xərçəng xəstəliyindən Təbrizdə vəfat edib.

İran hökumətinin əlaltıları və məmurları siyasi müxaliflərin, milli və dini azlıqların məzarlarına qarşı dəfələrlə hörmətsizlik ediblər.

Onların qəbirlərinin dağıdılması ilə bağlı yüzlərlə fakt var.

Qeyd edək ki, Əziz Purvəlinin dəfn mərasiminə qatılan çox sayda fəal İran təhlükəsizik məmurları tərəfindən saxlanılıb və onlara qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülüb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar