SON XƏBƏRLƏR

Təbrizdə milli fəalla görüş keçirilib

2021.10.20, 07:36
Təbrizdə milli fəalla görüş keçirilib

Gunaz.tv

Onlar İranda türk dilində tədris, Azərbaycan mədəniyyəti və türk milli kimliyinin qorunub saxlanılmasında apardıqları fəaliyyətlərə görə basqılarla üzləşən R.Piriyə dəstəklərini ifadə edib, onunla həmrəy olduqlarını bildiriblər.

R.Piri 9 sentyabrda 12 nəfər mülki geyimli təhlükəsizlik məmuru tərəfindən saxlanılıb.

Saxlanıldığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. 

Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

O, iki həftə təhlükəsizlik təcridxanasında saxlanılıb və dindirildikdən sonra Təbriz Mərkəzi Zindanına köçürülüb və sentyabrın 29-da 300 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar