SON XƏBƏRLƏR

Təbrizdə on minlərlə qəzalı ev var-100 minlərlə insanın həyatı təhlükə altındadır

2021.12.24, 13:45
Təbrizdə on minlərlə qəzalı ev var-100 minlərlə insanın həyatı təhlükə altındadır

Gunaz.tv

O, şəhər səviyyəsində mövcud olan 100 min qəzalı evin olduğunu bildirib, qeyd edib ki, bu problemin aradan qaldırılması üçün dövlətin geniş diqqət və proqramına ehtiyac var. 

“Bu günə kimi standartlara uyğun olmayan bir mərtəbəli evlərin tikintisi halları ilə qarşılaşırdıq. Son vaxtlar çox mərtəbəli dayanıqsız və qeyri-standart yaşayış yerlərinin tikintisi problemi ilə üzləşmişik”-deyə, bələdiyyə başçısı bildirib. 

Abbas Rəncbər problemin həlli ilə bağlı dəqiq planın olub-olmadığını deməyib.

Bundan öncə açıqlanan statistikaya görə, Təbrizdə şəhərətrafı məhəllələrdə, dayanıqsız və qeyri-standart evlərdə yaşayanların 500 min nəfər olduğu qeyd olunub. 

Təbrizin qədim məhəllələrində olan köhnə yaşayış evlərindən başqa yeni salınan yaşayış yerlərində də tikinti standartlarına riayət olunmaması ucbatından baş verən qəzalarda çox sayda insan həyatını itirir. 

Dekabrın 21 və 22-ində Təbrizin Abbasi küçəsi və Hökmabad məhəllələrində yaşayış evlərinin çəkməsi səbəbindən 5 nəfər ölüb, 17 sakin yaralanıb. 

Bununla yanaşı Təbrizin seysmik baxımdan da ən riskli şəhərlər sırasındadır.

Baş verə biləcək zəlzələ zamanı yüz minlərlə insanın dağıntılar altında qalma ehtimalı var. 

Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitunun professoru Mehdi Zare məsələ ilə bağlı verdiyi açıqlamada baş verə biləcək fəlakət barədə xəbərdarlıq edib.

“Biz zəlzələ riski ilə bağlı heç nə edə bilmərik, ancaq çökmə və zəlzələdən irəli gələn fəsadların azalması üçün tədbirlər görə bilərik”-deyə, professor bildirib. 

O, Tehran, Kərəc, Məşhəd, Kirman, Bəndər Abbas və başqa bir neçə şəhərin zəlzələ riski altında olduqlarını qeyd edib, fayların yerdəyişməsi və qırılması baxımından Təbrizin daha təhlükəli durumda olduğunu söyləyib. 

Mehdi Zarein dediyinə görə, elmi baxımdan Təbriz fayı aktiv fay sayılır və hər il 3 balla 4.8 bal arası zəlzələlərin baş verməsi qeydə alınır. 

Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsin, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər. 

Təbrizdə marginallaşma, şəhərətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var. 

 

عباس رنجبر شهردار تبریز شد - ایرنا

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar