SON XƏBƏRLƏR

Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək

2022.01.14, 13:29
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək

Gunaz.tv

20 il öncə Beynəlxalq "İran Zəmin Teatr Festivalı"nda ən yaxşı tamaşa kimi seçilən "Koroğlu" tamaşası Təbrizin "29 Bəhmən Mədəniyət və İncəsənət Mərkəzi"nin İqbal Azər salonunda yenidən səhnəyə qoyulacaq.

Bu barədə "Etekyazı" saytı xəbər yayıb.

Əsərin rejissor və ssenari müəllifi Yaqub Sədiq Camali özünün "instagram" hesabında "Koroğlu" tamaşasını afişasını paylaşıb.

O, "Koroğlu"nu milli tamaşa adlandırıb.

Tamaşanın biletlərinin onlayn satışı başlayıb.

Təxminən iki il əvvəl afişası yayılan "Koroğlu" tamaşasının nümayişi koronavirus pandemiyasına görə təxirə salınmışdı. 

Yaqub Sədiq Camali iki il sonra yenidən tamaşanın səhnəyə qoyulması üçün hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, tamaşa 20 il öncə nümayiş etdiriləndə böyük maraqla qarşılanmışdı.

Tamaşa başda Təbriz olmaqla İranın Tehran və Əhvaz kimi başqa şəhərlərində də nümayiş etdirilmişdi. Daha sonra isə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında və Türkiyə Cümhuriyyətində də səhnəyə qoyulub.

Qeyd edək ki, bundan öncə azərbaycanlı rejissor Yəqub Sədiq Camalinin Babək Nəhreynə birgə hazırladığı türkcə "keçəl oğlan" nümyişi təbrizlilər tərəfindən rəğbətlə qarşılanmışdı. 

C.E

 

کارگردان تبریزی از توافق با ارشاد درباره سالن تربیت خبر داد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar