SON XƏBƏRLƏR

Təbrizdə partlayış nəticəsində ölən və yaralananların sayı artıb-FOTOLAR-VİDEO

2021.12.22, 08:34
Təbrizdə partlayış nəticəsində ölən və yaralananların sayı artıb-FOTOLAR-VİDEO

Gunaz.tv

Son məlumata görə, yerli vaxtla səhər saat 08:00-a kimi dağıntılar altından 15 yaralı, 5 nəfərin isə meyiti çıxarılıb. 

Təbriz Yanğınsöndürmə İdarəsinin Əməliyyat Bölməsinin rəis müavini Əkbər Dəştinin verdiyi məlumata görə, yaşayış binası qaz sızması nəticəsində baş verən partlayış səbəbindən çöküb. 

Yerli sosial media fəallarının axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, ölü və yaralı sayının artacağı ehtimalının yüksək olduğunu yazırlar. 

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin başçısı Fərzad Rəhmani Təbriz vaxtilə səhər saat 09:20 dəqiqədə mediaya verdiyi açıqlamada axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını deyib.

Onun sözlərinə görə, 15 nəfər yaralanıb, 40, 18, 32 yaşlarında üç kişi, 35 və 85 yaşlarında iki qadın həyatını itirib.

Qeyd edək ki, dekabrın 21-i axşam saatlarında Təbrizin Abbasi küçəsində qaz partlayışı baş verib.

Təbriz bələdiyyəsinin yanğından mühafizə təşkilatının başçısı Əlirza Zəbərdəstin Təbriz vaxtilə saat 12:15-ə verdiyi yekun məlumata görə, hadisə nəticəsində bir 5 mərtəbəli, bir 4 mərtəbəli bina tamamilə dağılıb. bir 4 mərtəbəli bina 70%, bir 3 mərtəbəli bina isə 50% xəsarət alıb.

 

 

Açıklama yok.Açıklama yok.

3997979.jpg

 

 

 

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar