SON XƏBƏRLƏR

Təbrizdə qədim küçə adı bərpa olundu

2022.07.04, 06:37
Təbrizdə qədim küçə adı bərpa olundu

Gunaz.tv

Etirazların çoxalması, sosial media istifadəçilərinin Təbriz bələdiyyəsinə, Küçə və İctimai Yerlərin Adlandırılması İdarəsinə edilən çox saylı müraciətlərdən sonra qədim küçə adı bərpa olunub.

Bundan öncə müraciətlərin cavabsız qalmasından sonra təbrizlilər özləri təhrif edilmiş küçə adını yeni quraşdırılan lövhələrdən silməyə məcbur olmuşdular.

Pəhləvilər dövründən başlayan və türklərin yaşadığı bölgələrdə türkcə qədim yer adlarının təhrif olunmasına xidmət edən siyasət hazırkı dövrdə də davam edir.

Ara-sıra milli-mədəni fəalların fəaliyyətləri nəticəsində az sayda yer adlarının bərpasına nail olunmasına baxmayaraq, ümumilikdə qədim türk adlarının günü-gündən sıradan çıxarıldığı görünür. 

content_image_1656830141.jpg

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar