SON XƏBƏRLƏR

Təbrizdə aksiya: Traktor zavodunun işçiləri tətilə başladı

2021.11.16, 09:18
Təbrizdə aksiya: Traktor zavodunun işçiləri tətilə başladı

Gunaz.tv

3 gündür davam edən aksiyada əmək haqlarının azlığına etiraz edilib. 

İşi dayandıran aksiyaçılar yenidən işə başlamaq üçün bir neçə şərt irəli sürüblər.

Onlar əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını, iş təsnifatının tətbiq edilməsini, işçi şurasının təşkilini, proporsional və yenilənmiş məhsuldarlıq haqqının ödənilməsini tələb ediblər. 

Həmçinin əmək təhlükəsizliyi təmin olunması istənilib.

İşçilər zavod müdiriyyəti ilə yanaşı əyalət rəhbərliyinin zavoda gəlməsini və onların tələblərinin yerinə yetirilməsilə bağlı təminat vermələrini istəyiblər.

Son aylarda Traktor zavodunda çalışan işçilər oxşar tələblərlə bir neçə dəfə aksiya keçiriblər.

Onların istəkləri yerinə yetirilmədiyindən narazı qalan işçilər yenidən tətil aksiyasına başlamağa məcbur olduqlarını deyirlər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar