SON XƏBƏRLƏR

Təbrizdə qəzaya uğrayan İran ordusunun qırıcısı məktəbə çırpıldı- Ölənlər var- VİDEO

2022.02.21, 06:49
Təbrizdə qəzaya uğrayan İran ordusunun qırıcısı məktəbə çırpıldı- Ölənlər var- VİDEO

Gunaz.tv

Hərbi təyyarə İran ordusunun ikinci hərbi hava bazasından havaya qalxıb və Təbrizin İnqilab küçəsində, orta məktəbin yaxınlığında qəzaya uğrayıb.

Təbrizin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, hərbi təyyarə tətil olan məktəbin divarına çırpılıb və qırıcının pilotu, pilot köməkçisi və təyyarənin düşmə zamanı toqquşduğu minik avtomobilinin sürücüsü ölüb.

Uçağın qəzaya uğraması nəticəsində həyatını itirənlərin mayor Əkbər Hənifi və kapitan Sadiq Fəllahi olduqları bildirilir.

Qəzanın səbəbləri və qəza yerində mümkün əlavə insan və maddi itkilərlə bağlı əlavə məlumat verilmir.

 

Açıklama yok.

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar