SON XƏBƏRLƏR

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib -Divarlara şüarlar yazılıb-FOTOLAR

2021.11.26, 10:34
Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib -Divarlara şüarlar yazılıb-FOTOLAR

Gunaz.tv

Bu gün 26 noyabr səhər saatlarında təbrizli mədəni və ətraf mühit fəalları şəhərin müxtəlif küçələrində plakatlar açaraq Urmu gölünün qurudulmasına etirqaz ediblər.

Milli fəallar həmçinin gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə etirazlarını ifadə ediblər.

“Urmu gölünün məhv edilməsi Azərbaycan xalqının məhv edilməsi deməkdir” məzmunlu şüarlar türk və fars dillərində yazılıb.

Bununla yanaşı üzərində “Urmu gölünü bizə qaytarın”, “Urmu gölünü qurtarın”, “yaşasın Urmu gölü” və başqa bu kimi baner və afişalar Təbrizin fərqli bölgələrindən asılaraq əhalinin diqqətini cəlb edib.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar