SON XƏBƏRLƏR

Təbrizdə aksiya: "TIR" sürücüləri etiraza başladı

2022.01.10, 09:00
Təbrizdə aksiya: "TIR" sürücüləri etiraza başladı

Gunaz.tv

Onlar əmək haqlarının ödənilməməsinə etirazlarını bildiriblər.

24 saat boyunca Şərqi Azərbaycan Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin və "İranxodro" avtomobil şirkətinin binası qarşısında toplaşan sürücülər bildirib ki,  Təbrizin “İranxodro” avtomobil zavodu minik avtomobillərinin daşınması işini podratçı şirkətlərə tapışırıb və şirkətlər sürücülərlə müqavilə bağlayıblar.

Podratçı şirkət onlara ödəniləcək əmək haqqının 40%-ı heç bir əsas olmadan jəsdiyini, qalan 60% məbləın yalnız 40%-ı ödədiyini və 20%-nın isə 8 ay sonra ödəyəcəyini bildirməsi sürücülərin narazılıına səbəb olub.

Bir həftədir Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsi qarşısına toplaşan sürücülərin aksiyasına idarə rəhbəri Orucəli Əlizadə yanvarın 9-a münasibət bildirib və sürücülərin əmək haqlarının ödənilməsi üçün qarşıdakı həftə ərzində tədbirlər görəcəklərini söyləyib.

Qeyd edək ki, eyni gündə Urmu şəhərinin avtobus sürücüləridə etiraz aksiyası keçirib.
Əmək haqlarının ödənilməməsinə etiraz edən 290 sürücü işi dayandıraraq uzun müddətdir yığılb qalan əmək haqlarının ödənilməsi ilə bağlı şəhər bələdiyyəsinin qəti cavab verilməsini tələb ediblər.

 C.E

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar