SON XƏBƏRLƏR

Təbrizdə serum qıtlığı yaranıb

2022.07.22, 09:26
Təbrizdə serum qıtlığı yaranıb

Gunaz.tv

Yerli media Təbrizdə serum tapılmadığını və xəstələrin çətin duruma düşdüyünü yazırlar.

Təbrizin "azərəncümən" saytı xəstələrə istinadən şəhr apteklərində serumların yoxa çıxdığını bildirib.

Sayt bildirir ki, qiymətlərin birdən-birə üç dəfə dəfə bahalaşması serum qıtlığı yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, Təbriz İranda ən çox serum istehsal edən şəhərlərdən biridir və təbrizlilər serum buraxan bir şəhərdə onun yoxa çıxmasının qəbuledilməz olduğunu deyirlər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar