SON XƏBƏRLƏR

Təbrizdə silahlı atışma: 4 nəfər öldürülüb

2022.03.28, 13:09
Təbrizdə silahlı atışma: 4 nəfər öldürülüb

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin polis idarəsinin rəis müavini Əli Məhəmmədi açıqlama verib. Onun sözlərinə görə, tapança ilə dörd nəfəri öldürən şəxs martın 27-i axşam saatlarında saxlanılıb.

O, hadisənin martın 25-də Təbriz ətrafı bağ evlərində birində baş verdiyini, 3 nəfərin orada silahlı basqın nəticəsində öldürüldüyünü deyib. Məlumata görə,bir nəfərin isə eyni hücumçu tərəfindən Təbriz yaxınlığındakı Sərdəri şəhərində öldürülüb.

Məhəmmədi qətlin səbəbləri və qatilin kimliyi barədə hər hansı açıqlama vermədən onunla birgə daha üç nəfərində həbs edildiyini bildirib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar