SON XƏBƏRLƏR

Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib

2022.05.09, 04:07
Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib

Gunaz.tv

Sosial media fəallarının yaydığı videolarda Təbrizin mərkəzi küçə və meydanlarında çox sayda polis və təhlükəsizlik məmurlarının yerləşdirildiyi görünür.

Mayın 6-dan başlayaraq Xuzistanın Əhvaz, Susəngird, Şadiqan, İzə və Behbəhan şəhərlərində bahalığa qarşı etirazlar kütləviləşib.

Yayılan görüntülərdə başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla hökumət başçılarına qarşı şüarlar səsləndirilib, bir neçə şəhərdə İran bayraqları endirilib.

Təbrizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi azərbaycanlıların Xuzistan etirazçılarına dəstək aksiyalarının keçirilməsi ehtimalı ilə bağlıdır.

Bundan öncə 2021-ci ilin iyul ayında Xuzistanda su qıtlığına qarşı başlayan etiraz aksiyalarının Tehran rejimi tərəfindən yatırılması və çox sayda ərəbin öldürülməsindən sonra, xuzistanlı etirazçılara ilk dəstək aksiyaları başda Təbriz olmaqla Güney Azərbaycan şəhərlərində keçirildi. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar