SON XƏBƏRLƏR

Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib-VİDEO

2022.05.15, 11:45
Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

Mayın 15-də Təbrizdə Şərqi Azərbaycan Əmək və Sosial Rifah İdarəsinin qarşısına toplaşan etirazçılar müxtəlif şüarlar səsləndirib, hökumətin onların problemlərinə laqeyd yanaşdığını deyiblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.

Etirazçılar “sandığı biz doldurduq, cibləri siz doldurduz” məzmunlu türkcə şüarlar verib, hökumətin nümayəndələri, Əmək və Sosial Rifah Nazirliyinin büdcəni taladığını deyiblər.
Onlar bununla yanaşı Əmək və Sosial Rifah Nazirinin yarıtmaz fəaliyyətini tənqid edib və istefa verməsini istəyiblər.  

Qeyd edək ki, bu cari ildə təqüdçülərin çox saylı aksiyalarının davamıdır və Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil, Urmu, Qəzvin, Həmədan, Tehran, Kərəc, Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib. 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar