SON XƏBƏRLƏR

Təbrizdə tətil aksiyası keçirilir

2022.11.16, 14:19
Təbrizdə tətil aksiyası keçirilir

Gunaz.tv

2019-cu ilin noyabr etirazlarının ildönümü ilə əlaqədar yayılan çağırışlara əsasən onlarla şəhərlə yanaşı, Təbrizdə də tətil aksiyaları başlayıb.

Verilən məlumatlara görə, xüsusilə şəhərin mərkəzi bölgələrində olan pasaj. ticarət mərkəzləri, mağazalar və iş yerləri bağlanıb.

Sosial media fəallarının noyabrın 16-da yaydığı məlumatlarda Təbrizin mərgəzi küçələrində yerləşən iş yerlərinin 90 faizdən çoxunun işi dayandırdıqları bildirilir.

Qeyd edək ki, 2019-cu il 15 noyabrda etirazlar ilk olaraq benzin qiymətlərinin qəfil artmasına cavab olaraq baş verdi, ancaq tezliklə Əli Xamneyinin başçılıq etdiyi İslam Respublikası hökumətinə qarşı ümumi etiraza çevrildi.

Qeyri rəsmi məlumatlara görə, kütləvi aksiyalar zamanı 1500, rəsmi məlumatlara görə isə 300 nəfərə yaxın insan hökumət qüvvələri tərəfindən öldürülüb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar