SON XƏBƏRLƏR

Təbrizdə tarixi tikili acınacaqlı durumdadır-Hər an dağıla bilər-VİDEO

2021.12.20, 11:24
Təbrizdə tarixi tikili acınacaqlı durumdadır-Hər an dağıla bilər-VİDEO

Gunaz.tv

Bundan öncə 2020-ci ilin may ayında Təbrizin keçmiş bələdiyyə başçısı İrəc Şəhin Bahir və Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əhməd Həmzəzadə “Baba xan” evinı baxış keçirmiş,  onun çevrəsində aparılan söküntü işlərinin dərhal dayandırılmasını, tarixi tikilinin yenidən qurulmasını istəmişdilər.

Buna baxmayaraq, bu günə kimi “Baba xan” evinin təmiri, yenidən qurulması və qorunması üçün heç bir addım atılmayıb və taleyin ümidinə buraxılıb.

Hal-hazırda tarixi tikili məişət və tikinti tullantılarının atıldığı yerə çevrilib və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi başçısının müavini Əlirza Qoçi mediaya verdiyi açıqlamada Təbrizin 4-cü bölgə bələdiyyəsinin tarixi tikili ilə bağlı tədbir görməməsini tənqid edib.

160 illik tarixi tikili Təbrizin Baba xan döngəsi adlanan bölgəsində yerləşir.

Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çox olmaqla, əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır.

Təbrizdə 600-dən çox tarixi tikili, abidə və evin mövcud olmasına baxmayaraq, onlardan bir çoxu dağıdılıb, baxımsız qalıb və ya dağılmaq üzrədir.

Əlaqədar yerli qurumlar tarixi abidələrin yenidən qurulması və təmiri, saxlanılması üçün mərkəzdən büdcə ayrılmadığını bildirirlər.

 

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar