SON XƏBƏRLƏR

Təbrizdə telekommunikasiya Şirkətinin işçilərinin etiraz aksiyası davam edir-VİDEO

2022.02.23, 10:42
Təbrizdə telekommunikasiya Şirkətinin işçilərinin etiraz aksiyası davam edir-VİDEO

Gunaz.tv

Fevralın 22-dən başlayan aksiyaya qatılan işçilər bundan öncə hüquqları ilə bağlı irəli sürdükləri istəklərinə önəm verilmədiyi üçün yenidən aksiyaya əl atmağa məcbur olduqlarını deyiblər.

Etirazçılar gecikdirilmiş əmək haqları, bayram ödənişləri, mükafatlar və digər vaxtı keçmiş tələblərinnin ödənilməməsindən narazılıqlarını bildiriblər. 

İşçilərin nümayəndələrinin sosial mediada etdikləri paylaşıma görə, narazılar istəklərinin yerinə yetirilmədiyi sürəcə aksiyalarını davam etdirib və işə başlamayacaqlar.

Onlar əmək haqlarının ödənilmədiyi üçün işlədikləri ilə işləmədiklərinin həyatlarına heç bir təsir göstərmədiyini deyib və hüquqlarının əldə edilməsi uğrunda mübarizələrini davam etdirəcəkləri, işdən çıxarılmaq bahasına belə olsa geri oturmayacaqlarını söyləyiblər. 

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar