SON XƏBƏRLƏR

Təbrizdə tibb işçiləri etiraz aksiyası keçirib

2022.04.13, 10:57
Təbrizdə tibb işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Narazılar Şərqi Azərbaycan valiliyinin binası qarşısına toplaşıb. Onlar 5 aydır əmək haqlarının ödənilmədiyini bildirib.

Aksiya edən tibb işçiləri podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürüldüklərini deyib.

İş vəziyyətlərinin qeyri-müəyyən olduğunu vurğulayan narazılar əmək şəraitlərinin dəyişdirilmədiyini bildiriblər.

Qeyd edək ki, Təbriz Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, son 11 ayda əyalətdə 2250 tibb işçisi koronavirusa yoluxub.

Həkimlərin özəlliklə koronavirusla mübarizə dönəmində artıq işləmələrinə, həyatlarını təhlükəyə atmalarına baxmayaraq, hökumət vəd etdiyi əlavə ödənişləri verməməklə yanaşı üstəlik aylıq əmək haqları da ödənilmir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar