SON XƏBƏRLƏR

Təbrizdə tibb işçiləri etiraz aksiyası keçirib

2021.10.20, 07:36
Təbrizdə tibb işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Tibb Elmləri Universitetinin binasına toplaşan narazılar hüquqlarının pozulmasına etiraz ediblər. 

Etirazçılar gecikdirilmiş təqaüdlərinin ödənilməsini, təqaüdlərin bərabərləşdirilməsi ilə bağlı nəzərdə tutulan qanunun icrasını, qanunla təsbit olunmuş əlavə ödənişlərin verilməsini və başqa hüquqlarının təmin olunmasını tələb ediblər.

Bundan öncə, cari ildə təqaüdçülər dəfələrlə Sosial Təminat Nazirliyinin yerli nümayəndəliyi, əyalət valiliyi qarşısında eyni istəklərlə bağlı aksiyalar keçiriblər.

Tibb Elmləri Universitetinin binasında toplaşan təqaüdçülər problemlərinin həlli və qanuni istəklərinin təmin olunması ilə bağlı bu günə kimi verilən vədlərin heç birinin yerinə yetirilmədiyini deyiblər.

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar