SON XƏBƏRLƏR

Təbrizdə tibb işçilərinin etiraz aksiyası keçirilib

2022.05.11, 05:19
Təbrizdə tibb işçilərinin etiraz aksiyası keçirilib

Gunaz.tv

Onlar qanunla nəzərdə tutulmuş əlavə əmək haqlarının ödənilməməsinə, iş mühitində üzləşdikləri problemlərə və qarşılaşdıqları ədalətsizliklərə etiraz ediblər.

Etirazçılar habelə yalnız müalicə həkimlərinə verilən əlavə ödənişlərin bölgüsündə ədalət prinsipinin qorunmasını istəyiblər.

“Ölkədə hakim olan ağır iqtisadi şərayit və inflyasiyanın şiddətləndiyi bir vaxtda bizə verilən cüzi əmək haqqı ilə dolanmaq mümkün deyil”-deyə, tibb işçiləri bildiriblər.

Tibb işçiləri “ləyaqətsiz müdir istefa, istefa”, “əmək haqqı az. Inflyasiya yüksək” və “işçilər arasında ayrı-seçkiliyə son” şüarları yazılmış plakatlar qaldırıblar.

Təbrizin “Alinəsəb” xəstəxanası Sosial Təminat Təşkilatının İranın şimal-qərb bölgəsindəki ən böyük tibb mərkəzlərindən biri olmasına baxmayaraq burada çalışan işçilərin əksəriyyəti ən az əmək haqqı qarşılığında işlədilir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar