SON XƏBƏRLƏR

Təbrizdə yanğınsöndürmə məntəqələri və texnikası çatışmır

2021.10.20, 07:36
Təbrizdə yanğınsöndürmə məntəqələri və texnikası çatışmır

Gunaz.tv

Əlirza Zəbərdəst bildirib ki, hal-hazırda şəhər səviyyəsində 23 yanğınsöndürmə, 3 yardım məntəqəsi fəaliyyət göstərir və bu Təbriz üçün yetərli deyil.

Zəbərdəst standartlara əsasən Təbriz əhalisinin sayına görə şəhərdə 32, topoqrafik göstəricilərə görə isə 42 yanğınsöndürmə məntəqəsi olmalı olduğunu deyib.

 “Hazırda adı çəkilən məntəqələrdə toplam 570 yanğınsöndürənin fəaliyyət göstərir, standartlara görə isə bu sayın minimum 720 nəfər olması lazımdır”-deyə, yanğınsöndürmə bölməsinin başçısı bildirib.

Əlirza Zəbərdəst başçılıq etdiyi qurumun ixtiyarında olan texnika və su tankerlərinin köhnə olduğunu, yalnız 4 yanğınsöndürmə nərdivanına malik olduqlarını bildirərək, yeni texnikaların alınması üçün vəsaitin çatışmadığını qeyd edib.

C.E 
 

دانشجوی دانشگاه آزاد اسلامی تبریز مدیرعامل سازمان آتش‌نشانی تبریز شد -  خبرگزاری آنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar