SON XƏBƏRLƏR

Təbrizin 700 illik tarixi abidəsi dağılmaq üzrədir

2022.04.13, 14:10
Təbrizin 700 illik tarixi abidəsi dağılmaq üzrədir

Gunaz.tv

Təbrizdə yerləşən və tarixi əsərlər siyahısında qeydə alınan 700 illik tarixi “Şamb-e Qazan” hamamı baxımsızlıq ucbatından dağılmaq və milli əsərlər siyahısından çıxarılmaq üzrədir.

Bir neçə ildir yerli əhalinin, mədəni fəalların müraciətlərinə, imza kampaniyalarına baxmayaraq, tarixi abidə ilə bağlı öhdəlik daşıyan “Vəqflər İdarəsi”nin laqeydliyi nəticəsində hamamın bərpa və qorunması ilə bağlı heç bir addım atılmayıb.

 Elxanlılar dövründə tarixi kompleksin içində tikilən hamam Qacarlar dövründə yenidən bərpa olunub və sonralar milli əsərlər siyahısına salınıb.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar