SON XƏBƏRLƏR

Təbrizdə yerləşən “Məqbərətül Şüəra”nın tikintisinə pul ayrılmır

2022.04.15, 12:40
Təbrizdə yerləşən “Məqbərətül Şüəra”nın tikintisinə pul ayrılmır

Gunaz.tv

O, uzun illərdir yarımçıq qalan təmir işlərinin tamamlanması üçün bütün ilgili qurumların əlaqəli şəkildə fəaliyyətiniistəyib və bu durmun davam etməsinin şəhərin imicinə xələl gətirdiyini söyləyib.

Bundan bir müddət əvvəl Təbriz Şəhər Şurasının üzvü Firudin Babayi mediaya verdiyi açıqlamada bildirib ki, “Məqbərətül Şüəra” (Şairlər məqbərəsi) abidəsi milli layihələr sırasından çıxarıldığı üçün onun tamamlanmasına büdcə ayrılmayıb.

Onun sözlərinə görə, milli layihələr sırasından çıxarılan abidə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə verilib və bu qurumla Təbrizin 10-cu bölgəsinin bələdiyyəsinin təmir-bərpa işlərinin tamamlanması üçün maliyyə imkanları yoxdur.

Firudin Babayi hal-hazırda abidə kompleksinə giriş-çıxış tunelinin yarımçıq qaldığını, başqa problemlərində aradan qaldırılmadığını və bununla da abidənin təmir işlərinin uzun sürə biləcəyini bildirib.

"Məqbərətül şüəra”-nın binasında 2013-cü ilədək müəyyən problemlər yaranıb.

Binada rütubət meydana gəlib, ətrafında isə yaşıllıq sahəsinin yaradılmasına ehtiyac yaranıb.

Sonra Bələdiyyə İdarəsi həmin işləri görməklə yanaşı binada təmir-bərpa işləri aparacağına söz verib. Nəhayət ki, 15 min kvadrat metr ərazidə kompleks tikiləcəyi elan olunub və layihənin icrasına başlanılıb.

Hazırda layihənin başladığından 9 ildən çox keçir. Ancaq kompleks hələ də istifadəyə verilməyib və yarımçıq vəziyyətdə buraxılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar