SON XƏBƏRLƏR

Təbrizin "Traxtur" və "Maşinsazi" futbol klubları Milli Mis Şirkətinin himayəsinə verildi

2022.01.05, 10:22
Təbrizin "Traxtur" və "Maşinsazi" futbol klubları Milli Mis Şirkətinin himayəsinə verildi

Gunaz.tv

Yanvarın 4-ü, axşam saatlarında Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət naziri və Şərqi Azərbaycan əyalətinin valisi Abdin Xurrəmin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin malikiyyətinə verilməsi barədə andlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib.

Açıklama yok.

Medianın andlaşma mərasimi ilə bağlı yayınladığı məlumatda “Traxtur” idman klubunun hazırkı başçısı, iş adamı Məhəmmədrza Zunuzinin toplantıya qatılmadığı bildirilir.

Uzun müddətdir “Traxtur” klubu daxilində baş verən çəkişmələr, ixtilaflar və klubun yüksək məbləğdə borcunun yaranması Asiyada ən çox tərəfdarı olan komandada böhran yaranmasına səbəb olub.

Tehranın "İstiqlal", "Perspolis", İsfahanın "Sepahan" və başqa mərkəzi əyalətlərin klublarına dövlət tərəfindən külli məbləğdə vəsait ayrıldığı halda Təbriz klubuna dəstək verilmir.

Bu, bir sıra azərbaycanlı millət vəkilləri, o cümlədən Əhmədrza Əlirzabeygi, Məsud Pezeşkiyan və Hüseyn Hatəminin etirazları iə qarşılaşıb.

Qeyd edək ki, andlaşmadan sonra bu gün səhər saatlarında komandanın keçmiş başçısı Məhəmmədrza Zunuzi özünün sosial media hesabında paylaşım edib.

"Bundan sonra məndə əbədi olaraq sizinlə birlikdə "Traxtur" azarkeşi olaraq qalacağam"-deyə, Zunuzi, Təbriz komandasının tərəfdarlarına xitabən yazıb. 

C.E 

ماجراهای ناتمام زنوزی مطلق و تراکتورسازی تبریز / بریز و بپاش‌های نجومی از  کیسه ملت! | رویداد24

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar