SON XƏBƏRLƏR

Təbrizin tarixi memarlığı məhv olmaq üzrədir: "Şəhərin milli siması itib"

2021.10.20, 07:36
Təbrizin tarixi memarlığı məhv olmaq üzrədir: "Şəhərin milli siması itib"

Gunaz.tv

Onun sözlərinə görə,  orijinal memarlığının formalaşdılması üçün şəhərin tarixi ilə yerli kimliyi, mill siması birləşdirilməlidir.

Cavad Rəhməti bildirib ki, bu prinsipə Təbrizdə riayət olunmayıb.

“Təbrizdə Qacarlar dövrünün memarlığı hazırkı memarlıq üslubunun təsiri altında öz mahiyyətini itirib və deqredasiyaya uğrayıb.

Artıq Təbrizin 200-300 illik memarlıq nümunələrindən demək olar ki, əsər-əlamət qalmayıb. İnqilabdan sonra tikilən və yenilənən tikililərin heç bir tarixi dəyəri yoxdur”-deyə, Rəhçəti bildirib.

Vali müavini şəhər kimliyinin qorunub saxlanılması ilə bağlı Təbrizə qarşı ədalətsizlik olduğunu deyib və bildirib ki, başqa şəhərlərdə tarixi yerlər və quruluşun qorunub saxlanılmasına göstərilən səy Təbrizin tarixi quruluşu ilə bağlı göstərilməyib. 

“Tarixi yerlər və abidələr ətrafında aparılan tikinti işləri tarixi yerin quruluşu ilə uyğunlaşdırılmalıdır.

Ancaq Təbrizin valilik sarayı, Göy məscid və başqa bu kimi əsərlərin çevrəsində aparılan tikinti işlərində bu mühüm məsələ nəzərə alınmayıb”-deyə, Rəhməti əlaqədar qurumların məsuliyyətsiz fəaliyyətlərini qınayıb.

 

معاون عمرانی استاندار آذربایجان‌ شرقی منصوب شد

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar