İranda etiraz aksiyaları çoxalıb: "Bu, hökumətə xəbərdarlıqdır"-Millət vəkili

18.01.2022, 16:02

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi ölkədə etiraz aksiyalarının artdığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Əhməd Əlirzabeygi bunun hökumətə xəbərdarlıq olduğunu deyib.

“Son bir ildə etiraz aksiyaları artıb.

Bunların 90%-dən çoxu sinfi və işçilərin etiraz aksiyaları olub. Məsələnin mülayim şəkildə yola verilməsi cəhdləri olsa da bu həmişə nəticə vermir.

İsfahan hadisələrində aksiyaların sonunun zorakılıq və qarşıdurma ilə bitdiyinin şahidi olduq”-deyə, Əlirzabeygi bildirib.

“Aksiyaların tənzimlənməsi” haqqında qanunun müzakirəsinə həsr olunan toplantıda çıxış edən millət vəkili bu günə kimi aksiyalarla bağlı nəzərdə tutulan məsələlərin icra edilmədiyini deyib.

O, bildirib ki, konstitusiyanın 27-ci maddəsində etiraz aksiyalarına yanaşma tərzi kağız üzərində qaneedici olsa da, əməldə buna riayət olunmayıb.

Onun fikrincə, müxtəlif hökumətlər aksiyaların qarşısının alınmağına çalışıb, fərqli münasibət göstəriblər.

“Konstitusiyanın 27-ci maddəsində toplantı və aksiyaların islama qarşı və silahlı olmadığı təqdirdə azad olduğu bildirilir.

Ancaq bir sıra dövlət qurumlarının aksiyalara öz dünyagörüşlərinə uyğun yanaşması problemləri dərinləşdirir”-deyə, Əhməd Əlirzabeygi dövlət qurumlarının konstitusiyanın tələblərinə məhəl qoymadığını deyib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17