SON XƏBƏRLƏR

Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

2022.08.15, 07:56
Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

Gunaz.tv

Məsud Pezeşkiyan ölkədə qruplaşmaların çoxaldığını və bunun cəmiyyətin parçalanmasına, təhlükəli durumun yaranmasına səbəb olduğunu deyib.

"İbrahim Rəisi hökumətinin qütbləşmələrə rəvac verməsinin səbəbi nədir? Bəlkə mütəxəssislərin dediyi kimi bu seçkilər dövründə verilən vədlərin unudulması üçün bilərəkdən atılan addımdır"-deyə, Pezeşkiyan hökuməti verdiyi sözləri yerinə yetirməməkdə günahlandırıb.

İbrahim Rəisi prezident seçildikdən sonra ölkədə qütbləşmənin sürətləndiyini deyən milılət vəkili, hökumətin məcburi hicab və başqa bu kimi bəhanələrlə vətəndaşların fikrini əsas məsələlərdən yayındırmağa çalışdığını sööyləyib.

O, ölkədə yoxsulluq, bahalıq, işsizlik və bu kimi başqa problemlərin artdığını, hökumətin isə bütün çatışmazlıqları öncəki hakimiyyətin üzərinə yıxaraq məsuliyyətdən yayınmağa çalışdığını bildirib.

"Bu hakimiyyət bacarıqlı insanların potensialından istifadə etmək yerinə onları müxtəlıif bəhanələrlə, o cümlədən casusluq, xarici dövlətlərə bağlılıq və başqa bu kimi qondarma ittihamlarla meydandan çıxarmağa çalışır"-deyə, Məsud Pezeşkiyan "camaran" xəbər saytına verdiyi müsahibədə qeyd edib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar