SON XƏBƏRLƏR

"Korrupsiya halları qorxunc səviyyədədir"- Təbrizin millət vəkili

2022.09.02, 11:00
"Korrupsiya halları qorxunc səviyyədədir"- Təbrizin millət vəkili

Gunaz.tv

O, banklarla bağlı hazırda parlamentdə aparılan araşdırma və təhqiqat hesabatının ictimailəşdiriləcəyi təqdirdə xalqın hakimiyyətə qarşı olub-qalan inamının da tamamilə tükənəcəyini deyib.

"Araşdırmalarımıza görə, banklardakı korrupsiya və mənimsəmə halları qorxunc səviyyədədir"-deyə, Əhməd Əlirzabeygi "Əsriran" saytına müsahibəsində bildirib.

O, hazırkı hakimiyyətin İsfahanın "Mübarəkə" polad zavodunda ifşa olunan korrupsiya faktının Həsən Ruhani hakimiyyətinin əməli kimi qələmə verməsini yersiz hesab edib.

Təbrizin millət vəkili hazırkı hökumətin, İbrahim Rəisinin də mənsub olduğu mühafizəkar cərəyan üzvlərinin də adlarının korrupsiyada hallandığını qeyd edib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar