SON XƏBƏRLƏR

Təbrizin millət vəkilindən Türkiyə ilə bağlı təklif: "Bu, hər iki ölkənin xalqlarının xeyrinə olacaq"

2021.12.29, 14:17
Təbrizin millət vəkilindən Türkiyə ilə bağlı təklif: "Bu, hər iki ölkənin xalqlarının xeyrinə olacaq"

Gunaz.tv

İki ölkənin qonşuluğuna, müxtəlif yönlərdəki ortaq cəhətlərinə toxunan millət vəkili Tehran və Ankara arasında uzunmüddətli strateji sazişin hər iki ölkənin xalqlarının xeyrinə olacağını deyib.

“İran və Türkiyə arasında ortaq iqtisadi və sənaye bölgəsinin yaradılması qarşısındakı maneələrin aradan qaldırılmasına müvafiq əməkdaşlıq sənədinin bağlanması ilə nail olmaq olar.

Bu da ticarət əməkdaşlığını inkişaf etdirməklə yanaşı, iqtisadi rifaha gətirib çıxaracaq və işsizliklə bağlı problemləri həll edəcək”-deyə, Əlirzabeygi media nümayəndələri ilə keçirdiyi görüşdə bildirib.

Millət vəkili Türkiyəni İranın mühüm qonşularından biri adlandırıb.

O, sanksiyalar kontekstində iki ölkə arasındakı strateji əlaqələrə görə beynəlxalq forumlarda Ankaranın İran  əleyhinə səs vermədiyini, bunun müxtəlif rakurslardan olduqca əhəmiyyət daşıdığını və dəyərləndirilməsinin vacibliyini söyləyib.

Əlirzabeygi iki ölkə arasında əməkdaşlığın inkişafı üçün Türkiyə ilə sərhəddə qurulması nəzərdə tutulan iqtisadi-sənaye bölgəsinin 10 ildir gecikdirilməsini tənqid edib və bunun reallaşdırılması üçün əməli addımlar atılmasını istəyib.

Təbrizin nümayəndəsi strateji sazişin bağlanacağı təqdirdə türkiyənin körfəzə. İranın isə Avropaya çıxışının dahada asanlaşacağını və bunun hər iki ölkənin iqtisadi inkişafına səbəb olacağını bildirib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar