SON XƏBƏRLƏR

"Azərbaycanda mis şirkətinin qurulmasına icazə verilimir"-Təbrizin millət vəkili

2022.05.07, 06:25
"Azərbaycanda mis şirkətinin qurulmasına icazə verilimir"-Təbrizin millət vəkili

Gunaz.tv

“İranda mis ehtiyatlarının 50%-nın Azərbaycanda olmasına baxmayaraq bizə mis şirkətin qurmağa imkan vermirlər. 
təəssüflə yalnız bir şirkət mövcuddur və o da Tehranla Kirmanda yerləşdiyi üçün xeyiri onlar götürür”-deyə, Monadi bildirib.

O, inqilabdan sonra bir sıra siyasi mülahizələr və bəhanələrə görə Azərbaycan iqtisadiyyatına qarşı ögey münasibət göstərildiyini deyib.

“İnqilabdan sonra siyasi bəhanələrlə bizim iqtisadiyyatımızı mərkəzə aparmaq üçün bəhanələr quraşdırdılar. Niyə bizim iqtisadiyyatımız bu gün İsfahanın iqtisadiyyatının dörddə biri olmalıdır?”-deyən, millət vəkili Şərqi Azərbaycan iqtisadiyyatının acınacaqlı durumda olduğunu söyləyib. 

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar