SON XƏBƏRLƏR

Təbrizli millət vəkillərindən Azərbaycana mesaj: "Qarabağın azadlığını, Böyük Zəfər bayramını təbrik edirik"

2021.11.11, 08:32
Təbrizli millət vəkillərindən Azərbaycana mesaj: "Qarabağın azadlığını, Böyük Zəfər bayramını təbrik edirik"

Gunaz.tv

Millət vəkilləri bu barədə özlərinin "Twitter" hesablarında  paylaşım ediblər.  

 “Qarabağın azadlığının ildönümünü, bu böyük bayramı, Azərbaycan Respublikasındakı bacı-qardaşlarıma təbrik edirəm.

İran qonşuları içərisində Azərbaycanla ən çox ortaq yönlərə malikdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Ancaq qarşılıqlı və ürəkdən olan bağlılıqlar onları məyus edəcəkdir”-deyə, Əhməd Əlirzabeygi yazıb.

Ruhullah Mütəfəkkir Azad da oxşar məzmunlu paylaşım edib.

"İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz xalqının sevincini bölüşürəm.

Ümid edirik ki, 30 illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda hərc-mərclik yaratmaq istəyən başqalarının təxribatlarının qarşısının alınması üçün bir ibrət olacaq”-deyə, Mütəfəkkir Azad qeyd edib.

C.E
 

İran diplomatiyasının Qarabağla bağlı tutduğu passiv mövqe səhv idi”  –Millət vəkili Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar