SON XƏBƏRLƏR

Ana dilində təhsil mübahisəsi: Təbrizili deputat Əhməd Nadirini konstitusiyaya qarşı çıxmaqda ittiham etdi

2021.12.09, 09:08
Ana dilində təhsil mübahisəsi: Təbrizili deputat Əhməd Nadirini konstitusiyaya qarşı çıxmaqda ittiham etdi

Gunaz.tv

Məhəmmədhüseyn Fərhəngi konstitusiyanın 15-ci maddəsinin icrasının vacibliyini vurğulayıb. 

 “Müxtəlif xalqların dilinin tədrisi ilə bağlı Təhsil, Tədqiqat və Texnologiya Komissiyası lazimi araşdırmaları aparıb və bu layihənin icrası ölkədə ana dilində təhsillə bağlı qanuni boşluğu dolduracaq”-deyə, millət vəkili Şərqi Azərbaycan nümayəndələri fraksiyasının toplantısında çıxışı zamanı bildirib. 

Təbrizin nümayəndəsi ana dilində təhsil layihəsinə qarşı çıxan Tehranın millət vəkili Əhməd Nadirini konstitusiyaya qarşı çıxmaqda ittiham edib. 

“O, ətraflı araşdırma aparmadan və heç bir əsas göstərmədən layihənin icrasını milli təhlükəsizliyə qarşı hərəkət adlandırıb. Əhmədi konstitusiyaya qarşı belə ağır ittiham irəli sürməsinə görə cavab verməlidir”-deyə, Fərhəngi Tehran nümayəndəsini tənqid edib. 

Qeyd edək ki,Tehranın İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədr müavini Əhməd Nadiri qeyri-fars dillərin tədris təklifinə qarşı çıxıb.

Ə. Nadiri qeyri-fars dillərdə tədrisin təhlükəli və ölkənin ərazi bütövlüyünə qarşı olduğunu deyib. 

O, üzvü olduğu komissiyanın məktəblərdə qeyri-fars dillərinin tədrisi ilə bağlı son layihəsinin təsdiqinə etiraz edib. 

“Dövlət və parlamentin borcu fars dilini qorumaqdır. Hamımız diqqətli olmalı və rəsmi dilin zəifləməsinə yönələn siyasət və qanunların tətbiqinə yol verməməliyik”-deyə, Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədr müavini qeyd edib. 

Bundan öncə noyabrın 6-da Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil, Tədqiqat və Texnologiyalar Komissiyasının başçısı Əlirza Monadi yerli və etnik dillərin 7-10-cü siniflərdə həftədə iki saat tədris olunmasının lazım olduğunu deyib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar