SON XƏBƏRLƏR

Təbrizli millət vəkili hökumətin iqtisadi sahələrə sərt müdaxiləsinə qarşı çıxdı

2021.12.11, 09:38
Təbrizli millət vəkili hökumətin iqtisadi sahələrə sərt müdaxiləsinə qarşı çıxdı

Gunaz.tv

“Bizim, məsələyə elmi, pratik yanaşanların və xalqa ürəyi yananların istəyi dövlətin iqtisadi və sənaye sahələrinə müdaxilə etməməsindən ibarətdir”-deyə, millət vəkili bildirib. 

O, dövlətin müdaxilə etmədiyi iqtisadiyyatı daha güclü və inkişafa meyilli adlandıraraq, dövlətin iqtisadiyyata, sənaye sahələrinə yersiz müdaxiləsinin rəqabətin qarşısını aldığını və xalqın təbii haqqı olan iqtisadi fəaliyyətlərə mane törətdiyini qeyd edib. 

“Xüsusilə sənaye, avtomobil istehsalı sahəsində dövlətin monopoliyası sağlam rəqabətin kökünü kəsib və insanların keyfiyyətli məhsul əldə etmək haqqını əllərindən alıb.

İndi bir dəstə elekton ev ləvazimatları sənayesinidə monopoliyaya alıb və avtomobil sənayesinin gününə salmaq niyyətindədirlər”-deyə, Əlirzabeygi İran İslam Keşikçiləri Korpusunun yenidən bütün iqtisadi və sənaye sahələrinə nəzarəti ələ keçirmək cəhdlərinə işarə edib. 

Təbrizin nümayəndəsi dövlətin bütün sahələrə müdaxilə və nəzarətinin ciddi iqtisadi xəsarətlərə səbəb olduğunu. bunun qarşısının alınması üçün müdaxilə və monopoliyaya son verilməsinin vacibliyini deyib. 

O, bildirib ki, hökumətin ona aidiyyatı olmayan məsələlərə müdaxiləsi ölkənin avtomobil sənayesində problemlərin həll olunmasına imkan vermir, bu sahənin inkişaf etdirilməsinin, böhrandan çıxmasının yeganə yolu dövlətin bu və başqa iqtisadi sektorları tərk etməsidir. 

Qeyd edək ki, Xamneyinin bir başa dəstəyi ilə İran İslam İnqilab keşikçiləri korpusu ölkənin bütün iqtisadi və sənaye sahələrinə hakim olmağa çalışırlar. 

“İslahatçı” adlanan kəsimin hakimiyyəti dönəmində bu azalsa da, son prezident seçkiləri və İbrahim Rəisinin prezident seçilməsindən sonra bu monopoliya cəhdləri yenidən gücləndirilib. 

Sentyabrın sonunda xamneyinin göstərişi ilə İbrahim Rəisi ölkənin iqtisadiyyat və sənaye, mədən və ticarət nazirlərinə məktub yazaraq, Cənubi Koreyadan ölkəyə ev ləvazimatları və məişət texnikasının idxalının dayandırılmasını tələb edib. 

Əli Xamneyi İbrahim Rəisiyə yazdığı məktubda “bu məhsulların idxalı daxili istehsalçıların belini qırır, elə buna görə də buna son qoyulmalıdır”-deyə, bildirib. 

Əli Xamneyinin bu tələbindən sonra SEPAH-ın ev ləvazimatları və məişət texnikası sahəsinə müdaxiləsi, monopoliya cəhdləri iş adamları və istehsalçıların etirazlarına səbəb olub. 

زمزمه‌های موافقت دولت با افزایش 30 درصدی قیمت کارخانه‌ای خودرو | خبرگزاری  فارس

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar